Azer2

Azer2 İdman 29-04-2022, 21:30

Salah mövsümün ən yaxşı futbolçusu seçildi

Salah mövsümün ən yaxşı futbolçusu seçildi
"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə, 2021/2022 mövsümünün ən yaxşı oyunçusu olub.
Misirli hücumçu səsvermədə “Mançester Siti”dən Kevin de Brüyne və “Vest Hem dən Deklan Raysı qabaqlayaraq 48 faiz səs toplayıb .

Salah bu mükafatı ikinci dəfə qazanıb. Bundan əvvəl 29 yaşlı oyunçu 2018-ci ildə bu ada layiq görülmüşdü.

"Çelsi"nin hücumçusu Sem Kerr isə İngiltərədə ilin ən yaxşı qadın futbolçusu seçilib.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqanın 31 oyununda 22 qol vurub və 13 qolun ötürməsini verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 421 370 344 374 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.