n2006

n2006 Sağlamlıq 2-05-2022, 19:30

Bir ədəd yumurtada neçə kalori var?

Bir ədəd yumurtada neçə kalori var?
Səhər yeməyinin əvəzolunmaz qidası olan yumurtanın kalorisini əksər hallarda hesablamırıq. Bunun səbəbi isə kalorisi ilə yanaşı, vitamin və zülal baxımından zəngin olmasıdır.

LoaDinG.Az bildirir ki, alimlər həddindən artıq yumurta istehlak edənlər və kaloriləri hesablayanların narahatlığını aradan qaldırmaq üçün 1 yumurtada neçə kalorinin olmasını araşdırıblar.

Yumurtanın ağında neçə kalori var?
Yumurtanın ağı çox aşağı yağ tərkibinə malikdir və zülalla zəngindir. Ağ hissəsindəki kalori miqdarı yumurtanın ölçüsünə görə dəyişir. Ancaq normal ölçülü bir yumurtanın ağında 15 kalori var.

Yumurtanın sarısında neçə kalori var?
Yumurtanın sarısı yağ və xolesterindən ibarətdir, həmçinin ağda olan bütün vitaminlər sarı hissəsində də olur. Sarı hissəsi təxminən 60 kalori həcmindədir.
Ümumilikdə 1 yumurta 75-80 kaloridən ibarətdir.

1 yumurtanın qida dəyəri aşağıdakı kimidir:
50 qr. 1 yumurtaya 0.56 qr. karbohidrat daxildir.
50 qr. 1 yumurtaya 6.3 qr. zülal daxildir.
50 qr. 1 yumurtaya 5.3 qr. yağ daxildir.

Dietoloqlar qida dəyəri yüksək olduğu üçün sağlamlıq baxımından gündə 1 yumurta yeyilməsinin çəki artımına səbəb olmayacağını bildirirlər. 1 ədəd yumurtanın kalorisi aşağı olsa da, çox istehlak edildikdə orqanizmə təsirini göstərir. Çəki artımından qorxanlar yumurtanın yalnız ağ hissəsini istehlak edə bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
394 384 394 346 326 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.