n2006

n2006 Mətbəx 7-05-2022, 11:00

Minbir Dərdə Şəfa Sumaq Şərbəti

Minbir Dərdə Şəfa Sumaq Şərbəti
Sumaq salat və yeməklərimizə fərqli dad qatır. Sumağın faydaları saysız-hesabsızdır. Bəzi insanlar pəhriz saxlayaraq arıqlamaq üçün sumaq şərbətindən istifadə edirlər. Sumaq şirəsi qanda insulin nisbətini tarazlayır, antioksidan təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur. Həftədə bir stəkan sumaq şirəsi içildikdə isə sinir sistemindəki deformasiya olunmuş hüceyrələrin sayını azaldaraq sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini azaldır. Fərqli və faydalı bir içki axtarırsınızsa, sumaq şərbətini sınaya bilərsiniz. LoaDinG.Az faydalı və dadlı sumaq şərbətinin reseptini təqdim edir.

Minbir Dərdə Şəfa Sumaq Şərbətinin tərkibi:

1 çay qaşığı sumaq
1 litr isti su
1 çay qaşığı şəkər tozu
yarım limonun suyu
Minbir Dərdə Şəfa Sumaq Şərbətinin hazırlanma qaydası:
Əvvəlcə sumaqları bir sürahiyə (qrafin) tökün. Üzərinə isti su, şəkər tozu və limon suyu əlavə edib qarışdırın. Qarışıq soyuyana qədər qrafində saxlayın. Daha sonra onu təmiz bir tənziflə və ya süzgəclə süzün. Sumaq suyunu təmiz bir qrafinə doldurun. Zövqə görə buz əlavə edib süfrəyə verə bilərsiniz. Faydalı və ləziz içkiniz hazırdır!



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 538 476 499 545 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.