Azer2

Azer2 İdman 14-05-2022, 17:00

Ançelotti: "Benzema Ronaldo gedəndən sonra..."

Ançelotti: "Benzema Ronaldo gedəndən sonra..."
"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kərim Benzema haqqında danışıb.

Loading.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 34 yaşlı hücumçunu hazırkı dövr üçün dünyanın ən yaxşı oyunçusu adlandırıb .

“Benzemaya sadəcə mərkəz hücumçusu demək mənim üçün çətindir. Çünki o, fantastik hücumçudur. Benzema yalnız bombardir deyil, həm də liderdir və oyunun qurulmasında yaxından iştirak edir. O, mükəmməl oyunçudur və bizim üçün çox önəmlidir. Çünki Kərim çoxlu qol vurur. Benzema hazırda ən yaxşı oyunçudur. Hesab edirəm ki, Ronaldonun gedişindən sonra Kərim komandanın lideri olub. Çünki o vaxt Kriştianonun üzərinə daha çox məsuliyyət düşürdü. Ronaldo bir mövsümdə 50-yə yaxın qol vurdu və onun yoxluğunda "Real" üçün qol vurmaq daha çətin idi. Kərim bu məsuliyyəti öz üzərinə götürdü və komanda üçün daha vacib oldu".

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Ronaldo isə 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 400 351 307 368 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.