Azer2

Azer2 İdman 19-05-2022, 17:05

Messi və Poçettino arasında gərgin münasibət

Messi və Poçettino arasında gərgin münasibət
PSJ-nin hücumçusu Lionel Messi ilə baş məşqçi Maurisio Poçettino arasında gərgin münasibətlər var.

Loading.az "L'Équipe"yə istinadən xəbər verir ki, argentinalı hücumçu mütəxəssisin işinə heyran deyil. O, yeni baş məşqçinin gəlişini gözləyir və gələcək perspektivlərini dəyərləndirir.
Lionel Messi "Barselona"dan kənarda da uğur qazana biləcəyini sübut etmək istəyir. Bununla belə, 34 yaşlı hücumçu bunun üçün Maurisio Poçettinonun klubu tərk etməli olduğunu düşünür. Ona görə də Messi ilə Poçettino arasında münasibətlər getdikcə soyuqlaşır və gərginləşir.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçmişdi. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 360 358 407 313 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.