Azer2

Azer2 İdman 24-05-2022, 19:00

Ançelotti: "Qisas almaq istəyimiz var"

Ançelotti: "Qisas almaq istəyimiz var"
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında "Liverpul"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb .

Loading.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis futbolçusu Məhəmməd Salahın 2018-ci ildə ÇL-in finalında "mersisaydlılar"a uduzmalarının (1:3) qisasını almaq istəməsi barədə açıqlamalarına da münasibət bildirib. Ançelotti deyib:

“Real” 1981-ci ildə Avropa kubokunun finalında da Parisdə “Liverpul”a uduzub. Deməli, bizdə də qisas almaq istəyi var. Finaldakı oyunumuz qalib gəlməyə layiq olub-olmadığımızı göstərəcək. Fədakarlıq və motivasiya baxımından heç kim bizdən üstün olmayıb. Düşünürəm ki, qalib gəlmək üçün bu kifayət deyil, amma vacibdir. "Liverpul"a böyük hörmətimiz var, çox yaxşı komandadır. "Liverpul"a qarşı final oyunu üçün həyəcanlıyıq".

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 444 459 430 438 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.