Azer2

Azer2 İdman 26-05-2022, 11:30

"Salah nə istəsə danışa bilər, çox arxayındırlar" - Benzema

"Salah nə istəsə danışa bilər, çox arxayındırlar" - Benzema
"Real"ın futbolçusu Kərim Benzema "Liverpul"un hücumçusu Məhəmməd Salahın 2017/2018 mövsümünün Çempionlar Liqasının finalındakı məğlubiyyətin qisasını almaq istədikləri barədə fikirlərinə münasibət bildirib.

Loading.az xəbər verir ki, fransalı forvard "Daily Express"ə açıqlamasında bu barədə bildirib:

"Liverpul" çox arxayındır. Ola bilsin ki, onlar artıq matçı qazandıqlarını və ya "Real"ın əvvəlki gücdə olmadığını, favorit olduqlarını düşünürlər. Salah nə istəsə deyə bilər”.

Xatırladaq ki, “Liverpul” Çempionlar Liqasının 2017/2018 mövsümünün final oyununda “Real”la qarşılaşıb. Görüşdə "Real"ın kapitanı Serxio Ramos Salahı zədələyib və o, ilk hissədə meydanı tərk etməli olub. Matç Madrid klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mövsümün final oyunu isə mayın 28-də keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 383 359 368 348 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.