Azer2

Azer2 İdman 27-05-2022, 16:56

Azərbaycan kubokunun sahibi müəyyənləşir

Azərbaycan kubokunun sahibi müəyyənləşir
Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçiriləcək.

Loading.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gələcək. "Qarabağ" "Qızıl dubl", "Zirə" isə ilk titulunu qazanmaq arzusundadır. Qəbələ Şəhər Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” indiyədək 6 dəfə Azərbaycan kubokunun qalibi olub. “Zirə” isə ilk dəfə bu gün bu titulu qazana bilər.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə”


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 334 395 407 355 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.