Azer2

Azer2 İdman 6-06-2022, 21:30

Di Mariya "Barselona"nın cavabını gözləyir

Di Mariya "Barselona"nın cavabını gözləyir
Bu mövsüm başa çatdıqdan sonra PSJ-dən ayrılan Anxel Di Mariya "Barselona"da oynamaq istəyir.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, argentinalı yarımmüdafiəçi mayda Kataloniya təmsilçisinə təklif edilib. Ancaq klub 34 yaşlı oyunçunun transferini hazırda prioritet seçim kimi düşünmür.

Bununla belə, Usman Dembelenin potensial gedişi və “Lids”dən Rafinya Diasın transferi ilə bağlı çətinliklər yaşansa, Di Mariya "Barselona"nın seçimi ola bilər.

Yuventus" isə argentinalını transfer etmək istəyir. Ancaq oyunçu Kataloniya klubunun qərarını gözlədiyi üçün Turin təmsilçisinin təklifinə hələ cavab verməyib.

Di Mariya "Barselona"da oynayacağına ümid edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 370 429 338 364 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.