Owusu

Owusu Xəbərlər 7-06-2022, 11:46

Üçüncü qrupda ən yüksək nəticəni o göstərdi

Üçüncü qrupda ən yüksək nəticəni o göstərdi
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may tarixlərində keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

"Qafqazinfo" xəbər verir ki, "Azərbaycan Universitetləri" feysbuk səhifəsinin məlumatına görə, III qrup üzrə ən yüksək nəticəni Bakı şəhəri, 286 saylı məktəbin məzunu Nəcməddin Orucov göstərib.

O, ilk imtahandan maksimal 300 balı toplamışdı. 2-ci imtahanda isə 387,3 bal toplayıb. Beləliklə, N. Orucov 687,3 bal toplamaqla III qrup üzrə ən yüksək nəticə əldə edib.

Qeyd edək ki, o, 2 il öncə IX siniflərin buraxılış imtahanında da yüksək nəticə göstərərək 276 bal toplamışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 336 313 338 310 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.