Owusu

Owusu --- 8-06-2022, 08:43

Xərçəngin dərmanı tapıldı: Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar

Xərçəngin dərmanı tapıldı: Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar
Xərçəngin dərmanı tapıldı: Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar
ABŞ-da kiçik miqyaslı bir kliniki sınaq keçirilib.
"The New England Journal of Medicine" jurnalinda dərc olunan araşdırmaya görə, düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində "Dostarlimab" adlı dərmanı qəbul etdikdən sonra irəliləyişə nail olub.
Nyu Yorkdakı "Memorial Sloan-Kettering" Xərçəng Mərkəzinin onkoloqu və jurnalın aparıcı müəlliflərindən biri olan doktor Luis Diaz "The New York Times" bildirib ki, bu, xərçəng əleyhinə vasitələrin sınaqları tarixində ilk dəfə baş verib.
Xəstələr müalicə zamanı əhəmiyyətli yan təsirlərlə qarşılaşmayıb. Hərçənd, dərmanın səbəb ola biləcəyi müxtəlif mənfi reaksiyaları aşkar etmək üçün kifayət qədər insanın araşdırmada iştirak etmədiyi vurğulanıb.
Tədqiqatdan ruhlanan elm adamları ümidverici nəticələrin təkrarlanmasının lazım olduğunu söyləyib və xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tex olduğu barədə xəbərdarlıq ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
225 254 189 183 204 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.