Owusu

Owusu Xəbərlər 8-06-2022, 11:13

Polis mayoru ağır qəzaya düşdü

Polis mayoru ağır qəzaya düşdü
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Loading.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 362 375 314 364 426

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.