Azer2

Azer2 İdman 8-06-2022, 22:00

"Liverpul" hücumçu üçün 100 milyon avro təklif etdi

"Liverpul" hücumçu üçün 100 milyon avro təklif etdi
"Liverpul" heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Loading.az xəbər verir ki, bu barədə "Reckord" məlumat yayıb. "Mersisayd" təmsilçisi "Benfika"nın hücumçusu Darvin Nunesi transfer etmək üçün çalışır. Klub qarşı tərəfə 22 yaşlı forvarda görə 100 milyon avro təklif edib. "Benfika" razılaşarsa, uruqvaylı oyunçu "Liverpul"un tarixindəki ən böyük transfer olacaq. Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp Nunesi çox bəyənir. O, xüsusən bu keçidlə maraqlanır. Futbolçu da artıq öz klubuna bildirib ki, "Liverpul"a transfer olunmaq istəyir.
Qeyd edək ki, Nunes geridə qalan mövsüm "Benfika"nın heyətində 41 oyunda 34 qol vurub və 4 qolun ötürməsini verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 290 368 328 358 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.