Owusu

Owusu İdman 13-06-2022, 10:19

Millətlər Liqası: Azərbayca Belarusla qarşılaşacaq

Millətlər Liqası: Azərbayca Belarusla qarşılaşacaq
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Loading.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək.

"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.

Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1.

Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
364 377 361 341 403 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.