n2006

n2006 Sağlamlıq 13-06-2022, 14:30

Asqırığı Tutmayın !

Asqırığı Tutmayın !
Dərsdə, işdə, avtobusda, yemək hazırlayarkən, qısaca həyatın hər anında asqırmaq məcburiyyətində ola bilərsiniz. Çox adam tək olan zaman rahat şəkildə asqırır, lakin cəmiyyət içərisində asqırmaqdan çəkinir və asqırığı tutur, daha doğrusu “içinə doğru asqırır”. Tibbi sübutlar asqırığı tutmağın ciddi təhlükələrə, hətta ölümə belə səbəb ola biləcəyini deyir.

Asqırıq əsnasında ağciyərlərdən yüksək təzyiq ilə çıxan hava 161 km/saat sürətlə ağız və burun kanallarına gedir. Əgər bu zaman ağzınızı və ya burnunuzu tutaraq hava axınının çıxmasına mane olursunuzsa, bütün hava qulaqlara yönəlir. Hava yüksək təzyiq altında orta qulağın içəri hissəsinə daxil olaraq qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər. Eyni zamanda, eşitmə problemi və ya uzun müddətli baş gicəllənmə yarana bilər.

Asqırığı tutmağın zərərləri bunlarla kifayətlənmir. Məsələn, gözlərinizdəki qan damarlarına və diafraqmaya zərər verə bilər. Eyni zamanda, qan təzyiqinin ani olaraq yüksəlməsinə səbəb ola bilər, çünki qarşısı alınmış asqırıq beyindəki qan damarlarını sıxışdırır. Əlavə olaraq boyun zədələnmələri də baş verə bilər. Ən ekstremal vəziyyətlərdə ölümə səbəb ola bilər.

Asqırmağın təbii bir bədən reaksiyası olduğunu düşünüb rahat-rahat asqırmaq sağlamlığınız üçün ən doğru seçimdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
405 384 332 330 361 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.