n2006

n2006 Mətbəx 16-06-2022, 07:00

Sovet Dövrünün Məşhur Şirniyyatı-Soçniki

Sovet Dövrünün Məşhur Şirniyyatı-Soçniki
Soçni və ya Soçniki -Sovet dövrünün çox dadlı və məşhur kəsmikli açıq peçenyeləridir. LoaDinG.Az asan hazırlanan dadlı və zərif peçenyenin reseptini təqdim edir.

Tərkibi:

Xəmir üçün:

320 qr un
1 ədəd yumurta ağı
1 çay qaşığı qabartma tozu
100 qr kərə yağı
2 xörək qaşığı 15-20 %-lik xama
100 qr şəkər tozu
İçlik üçün:

200 qr 9 %-lik kəsmik
2 xörək qaşığı un
150 qr şəkər tozu
1 xörək qaşığı xama
Üzəri üçün:

1 ədəd yumurta
Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə şəkər tozu, xama və yumurta ağını əlavə edib qarışdırın. Bir qabda un və qabartma tozunu qarışdırıb yumurtalı kütlənin üzərinə töküb xəmir yoğurun. Xəmirin üzərini streç salafanla örtüb içliyi hazırlayana qədər kənara qoyun.
İçliyi hazırlamaq üçün bir qabda kəsmik, xama, vanil, un və şəkər tozu əlavə edib qarışdırın.
Dəzgahın üzərinə un səpib xəmiri 2-3 mm qalınlığında yayın. Stəkanın ağız hissəsiylə dairələr kəsib üzərinə içlik qoyun. Dairənin bir kənarını içliyin üzərinə örtüb kənarını bir az əlinizlə basın ki, peçenye açılmasın. Bu qaydayla kəsdiyiniz dairələri içliklə doldurub yağlı kağız sərilmiş soba sinisinə düzün. Peçenyelərin üzərinə yumurta yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə üzəri qızarana qədər bişirin.









Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 754 571 603 635 635

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.