n2006

n2006 Mətbəx 16-06-2022, 20:00

Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuq

Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuq
KFC restoran şəbəkəsində zövq alaraq yediyiniz xırtıldayan və ədviyyatlı toyuq budlarını ev şəraitində hazırlaya bilərsiniz. LoaDinG.Az dünyaca məşhur qızardılmış toyuq budlarının reseptini təqdim edir.

Tərkibi:

4 ədəd toyuq əti (bud və bud dibi)
Sousu üçün:

2 ədəd yumurta
1 xörək qaşığı xardal
2 xörək qaşığı soyuq su
Bulamaq üçün:

120 qr un
1 çay qaşığı sarımsaq tozu
2/3 çay qaşığı istiot
1 çay qaşığı duz
Hazırlanma qaydası:

İlk öncə bud və bud dibini kəsin. Bud dibinin sümüyünü ayırın. Bud dibinin filesini iki hissəyə doğrayın. Bir qabda yumurta, soyuq su və xardalı qarışdırın. Başqa bir qabda un, sarımsaq tozu, duz və istiotu töküb qarışdırın. Toyuq ətlərini ilk öncə unlu qarışığa, daha sonra sousa bulayın,yenidən unlu qarışığa bulayın. Toyuq ətini bol yağda (170-175 dərəcə qızdırılmış )bir neçə dəqiqə qızardın. Qızardılmış toyuq ətləri artıq yağı çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun. Daha sonra soba sinisinə düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Ev Şəraitində KFC-dəki Kimi Qızardılmış Toyuq











Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
764 698 669 596 665 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.