Qəmli sevgi hekayəsi. Bu sevgi macərasında göyə baxmaqdan qorxan bir qızın başına gələnlərdən bəhs edilin.
Bir gün qız sevgilisiylə söhbət edərkən hündürlükdən qorxduğunu deyir. Oğlanda insanın qorxuları ilə üzləşməli , mübarizə aparmalı olduğunu deyir və gəl mən sənə kömək edim. Sabahısı gün oğlan qızı paraşüt meydançasına aparır. Hər şey hazır olduqdan sonra təyyarə havaya qalxır , qız qorxudan tir-tir əssə də , oğlan onu qucaqlayıb , onu sevdiyini və yanında olduğu üçün qorxmamasını deyir. Qız təcrübəsiz olduğundan oğlana bağlanır, qız nə qədər tərəddüd etsədə ikisi təyyarədən tullanırlar. Qız ilk başlarda qışqırır, ağlıyır, lakin oğlan əlindən tutur , onu sevdiyi, yanında olduğunu deyir. Bir müddət sonra qız sakitləşməyə başlayır. Artıq paraşütün açılma vaxti çatır, qız hər şeyin yaxşı sona çatdığına sevinir, artıq bir o qədər qorxmurdu yerə bir qədər yaxınlaşmışkən birdən paraşütün iplərindən biri qopur və onlar sürətlə yerə doğru gəlirlər. Oğlan o an necə böyük səhv etdiyini anlayır və öz səfhini bərpa etmək və sevgilisini qorumaq üçün əvvəlcə sevgilisini ona bağlayan ipi kəsərək aralarındakı bağı kəsir , daha sonra havada bir həmlə edərək sevgilisini üstünə çıxardır . Beləliklə yerə çatdıqlarinda birinci yerə dəyəcək , sevgilisini əlləri ilə bir az yuxarı da saxlayaraq zərbəni azaldacaq və onu xilas edəcəkdi . Belə də olur yerə dəydikdən sonra qız elə də böyük zədə almır , lakin oğlan qızın ağırlığı ilə böyük bir zərbə alır və elə ordaca vəfat edir. O gündən sonra qız göy üzünə baxmamış və nə vaxt təyyarə səsi eşitsə ağlayırmış.






