n2006

n2006 Mətbəx 18-06-2022, 19:14

Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyi

Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyi
Gül kələmini sevməyənlər belə bu yeməyin dadına baxdıqdan sonra “əvvələr bu yeməyi niyə bişirməmişəm?” deyəcək. LoaDinG.Az tez hazırlanan faydalı və çox ləzzətli gül kələmli yeməyin reseptini təqdim edir.

Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyinin tərkibi:
1 ədəd gül kələmi
1/2 yerkökü
3 ədəd yumurta
duz, istiot,paprika
3 xörək qaşığı un
100 qr holland pendiri
zövqə görə cəfəri
zeytun yağı
Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyinin hazırlanma qaydası:
İlk öncə gül kələmini sürtgəcdən keçirin. Yerkökünü də sürtgəcədən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş gül kələmi və yerkökünü qarışdırın. Başqa bir qabda yumurtanı çəngəllə çırpın. Yumurtanı da kələmli qarışığa əlavə edin. Üzərinə un, duz, istiot və paprika əlavə edib qarışdırın. Tavaya yağ töküb qızdırın. Hazırladığınız kütləni tavaya töküb yayın. Qapağını örtüb 6-7 dəqiqə bişirin. Daha sonra çevirib üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Doğranmış 1-2 budaq cəfəri də səpib 6-7 dəqiqə qapağı örtlü şəkildə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 369 320 390 355 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.