n2006

n2006 Mətbəx 20-06-2022, 16:47

Cana Məlhəm Şaftalıdan Turşu

Cana Məlhəm Şaftalıdan Turşu
Şaftalı meyvəsindən cem, mürəbbə hazırlanır, hətta şirniyyatlarda istifadə edilir. Bəs şaftalıdan turşu hazırlandığını bilirdinizmi? LoaDinG.Az qeyri-adi dada malik şaftalı turşusunun reseptini təqdim edir.

Tərkibi:

10 ədəd orta böyüklükdə şaftalı
6 ədəd darçın çubuğu
2 xörək qaşığı dənə istiot
1,5 xörək qaşığı mixək
2 çay qaşığı doğranmış zəncəfil
2 diş sarımsaq
2 stəkan şəkər tozu
1 stəkan sirkə
1 xörək qaşığı qaya duzu
Haırlanma qaydası:

Bankanın yarısı qədər isti suyu bir qaba tökün. Üzərinə sirkə, duz, istiot və şəkər tozunu əlavə edib qarışdırın. Yuyulmuş şaftalıları, doğranmış zəncəfili, mixəkləri, qabığından təmizlənmiş sarımsaqları və darçını boşluq qalmayacaq şəkildə bir bankaya sıxışdıraraq yerləşdirin. Daha sonra su qarışığını üzərinə tökün. Əgər banka suyla dolmadısa təmiz içməli su ilə tam doldurub qapağını bağlayın. Bir həftə sonra şaftalı turşusu hazırdır.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 422 397 371 432 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.