n2006

n2006 Mətbəx 21-06-2022, 12:00

Ev Şəraitində Qarpız Bəkməzi

Ev Şəraitində Qarpız Bəkməzi
Yay aylarında qarpız, qış aylarında isə “qarpız bəkməzi” istifadə edin. Qarpızın tərkibindəki beta karoten, C vitamini və likopenin bütün xərçəng növlərinə qarşı qoruyur və bir çox xərçəng növünün müalicəsində dəstəkləyici rol oynayır. Qarpız bəkməzinin (doşabı) faydaları əvəzolunmazdır. Ürək damar xəstəliklərindən tutmuş, xərçəng riskinin azaldılmasına qədər bir çox xəstəliyə qarşı yüksək mineral və qida elementləri özündə ehtiva edir. Faydalı qarpız bəkməzini özünüz ev şəraitində hazırlaya bilərsiniz. LoaDinG.Az faydalı qarpız bəkməzinin hazırlanma qaydasını təqdim edir.

Qarpızı kəsib tumlarını çıxarın. Daha sonra qarpızın lətini ət maşınından keçirin. Şirəsini tənzifdən süzüb ocaqda 1 saat qaynadın. Qaynadıqca qarpız suyu bəkməz konsistensiyasına gələcək. Konsistensiyası tündləşdikdə ocaqdan götürüb soyudun.

Qarpız bəkməzi bundan sonra süfrəmizdə yeni bir dad və məhsul olaraq yerini alacaq.





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 415 434 415 352 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.