3 Günə Hazır Olan İçi Doldurulmuş Gavalı Turşusu
Ət yeməklərinin yanına verəcəyiniz 3 günə hazır olan içliklə doldurulmuş gavalı turşusu hazırlaya bilərsiniz. LoaDinG.Az marinə edilmiş gavalı turşusunun reseptini təqdim edir.
Tərkibi:
3 kq gavalı
150 qr (4 baş) sarımsaq
50 qr cəfəri
50 qr şüyüd
50 qr keşniş
hər bankaya 5 dənə istiot ( 0,5 litrlik banka üçün)
1 litr su üçün marinad:
200 qr şəkər tozu
2 xörək qaşığı duz
100 qr uksus
Hazırlanma qaydası:
İlk öncə gavalını yuyun və orta hissəsindən kəsib (ancaq ayırmayın) tumlarını çıxarın. Sarımsaqları təmizləyib xırda doğrayın. Göyərtiləri də yuyub xırda doğrayın. Bir qabda sarımsaq və göyərtiləri qarışdırın. Gavalıların kəsdiyiniz hissəsinə içlikdən doldurun. Bu qaydayla bütün gavalıları içliklə doldurub sterilizə olunmuş bankalara yerləşdirin. Bankalara dənə istiotu da töküb üzərinə qaynar su tökün. Qapağı üstünə yüngül örtüb 15 dəqiqə kənarda saxlayın. Daha sonra bankalara tökdüyünüz suyu bir qaba boşaldın və üzərinə şəkər tozu, duz, uksus töküb qarışdırın. Qabı ocağa qoyub 5 dəqiqə qaynadın. Qaynayan marinadı bankaya töküb qapağını möhkəm bağlayın. Bankanı tərs çevirin bir gecə saxlayın. Daha sonra çevirib sərin, qaranlıq yerdə saxlayın. Gavalı turşusu 3 günə hazırdır.
Nuş Olsun!