n2006

n2006 Xəbərlər 21-06-2022, 12:56

Qlobal bazarda şəkər tozunun qiyməti kəskin artdı - ARAŞDIRMA

Qlobal bazarda şəkər tozunun qiyməti kəskin artdı - ARAŞDIRMA
[Son bir ildə qlobal bazarda şəkər tozu qiymətində ciddi artım müşahidə olunur. LoaDinG.Az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya- Ukrayna arasında gedən müharibə səbəb olub.

Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb.

Qeyd edək ki, hazırda ətraf ölkələrdə şəkər tozunun qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda 1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların tədarükündə heç bir problem yoxdur/size]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 340 279 261 287 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.