Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Teymur Kərimov
Daha çox Timur Rodrigez kimi tanınan rus şoumeni, müğənnisi, tele və radio aparıcısı və aktyoru Teymur Mikayıl oğlu Kərimov, 14 okyabr 1979-cu ildə Rusiyanın Penza şəhərində kukla teatrı aktyoru Mikayıl Kərimovun və yəhudi anası – tərcüməçi, alman və ingilis dilləri müəllimi Zlata Levinanın ailəsində anadan olmuşdur. KVN, «Comedy Club», «Один в один!», «Buz dövrü» və başqa telelayihələrin iştirakçısıdır. Teymurun arvadı Anna Kərimovadır. Gələcək xanımına evlilik təklifini Etna vulkanının zirvəsində etmişdir. Onlar 2007-ci ilin avqust ayında evləndilər. Migel (2009) və Daniel (2012) adlı iki oğlu var.






