Madmazhel.111

Madmazhel.111 özünü 😡 əsəbi hiss edir. Maraqlı Statuslar 24-06-2022, 13:48

Darıxdığım insanlar var, itirdiklərim var, üzgünlüklər var. Zaman tapmırsan bəzən səni gözləyənlərə salam belə verməyə. Amma hər zaman səni sevinclə qarşılamaq üçün gözləyənlər var. Bir gün sizin də bəxtiniz gətirəcək, unutmayın. Sizin də xoşbəxt olmaq vaxtınız çatacaq. Heç kəsi qısqanmayaraq gözləyin. Həyatı sevərək yaşamağı öyrəndiyiniz zaman, xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu da anlayacaqsınız. Həyatında olan hər bir insan mənası olduğu üçün bu səyahətin bir hissəsidir, ancaq onların hamısı qalmaq üçün gəlmirlər. Ən gözəl sabahlar, sabah namazıyla və sevdiyin insanları Allah sənə yenidən görməyi qismət elədiyində gözəl olurmuş. Yorulduğun şeylər nə qədər çoxdur. Eşitmək istəmirsən, görmək istəmirsən bəzi şeyləri, bəzi kəsləri. Danışmaq belə bəzən çox mənasızdır, boşdur. Üzülürəm bəzi şeylərə dərindən nəzər saldıqda. Görmək istədiyim kimi olmamaları içimi incidir. Danışılacaq bir insan olduğunda, onunla danışa bilməmək, onu itirmək deməkdir. Danışıla bilməyəcək bir insanla danışmaqsa sözlərin boşuna xərclənməsi deməkdir.Həyatındakı kiçik şeyləri gör. Bir gülümsəmə, bir baxış, bir insan. Şükür etməyi unutma. Varlığın üçün, sahib olduqların üçün. İçindəki səsi susdurma..❤️

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
421 466 439 443 473 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.