n2006

n2006 İdman 24-06-2022, 13:35

Afrikalı hücumçu "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib

Afrikalı hücumçu "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib
"Neftçi" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan qanalı futbolçu Qodsvey Donyo ilə danışıqlar aparır.

LoaDinG.Az`ın əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçu artıq Bakıdadır. Yaxın zamanlarda onunla rəsmi müqavilə imzalanacaq.

İsrail mətbuatı isə artıq tərəflərin münasibətlərini rəsmiləşdirdiyini yazıb.

"Ağ-qaralar" daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb.

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş Qodsvey Donyo Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
462 394 391 387 347 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.