n2006

n2006 Xəbərlər 25-06-2022, 09:28

Ukrayna XİN Rusiyanın müharibədə yeganə üstünlüyünü açıqlayıb

Ukrayna XİN Rusiyanın müharibədə yeganə üstünlüyünü açıqlayıb
Rusiyanın Ukraynaya qarşı müharibədə yeganə üstünlüyü artilleriyadır. Ona görə də Almaniya və digər Qərb ölkələri Ukraynaya ağır silahların verilməsini sürətləndirməlidir.

LoaDinG.Az xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Bild” qəzetinə bildirib.

"Onların artilleriya sahəsində üstünlüyü var və bundan maksimum istifadə edirlər, ağır silahlar və müasir artilleriya sistemləri əldə etsək, hadisələrin gedişatını öz xeyrimizə çevirə bilərik", - Kuleba deyib.

Nazir vurğulayıb ki, Ukrayna ordusunun sovet silahları tükəndiyi üçün çoxsaylı reaktiv yaylım atəşi qurğuları və 155 millimetrlik artilleriya sistemlərinin tədarükü vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 390 336 370 324 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.