Gözlə yolumu
Gəzdir ömrün boyu gözündə məni,
Axtar ömrün boyu özündə məni,
Həsrət dağ-dağ etdi gözündə məni.
Ömrümə ələnən qarmı,
dolumu,
Gözlə yolumu
O vaxt gözlərimdə sular gümüşdü,
Bu qismet demə ki, bəxtimə düşdü,
İndi varlığım da acı gülüşdü,
Gözlə yolumu.
Küçələr duyğuma səmirsiz otaq,
Gəlirəm, yaxın gəl, vüsalı tutaq,
Hissim yoxluğunda ömürlük dustaq,
Getdiyim görəsən vüsal yolumu,
Gözlə yolumu.
Ömrün qovqasında ,
qadasındayam,
Bir yanıqlı sinə-harayam, hayam,
Kimsəsiz, qəriblik adasındayam.
Ayıra bilmirəm sağla, solumu
Gözlə yolumu
Çılğın arzuların durdu qəsdinə,
Yanmadın, koroldum amma tüstünə,
Pərvazlanıb gəlsəm sənin üstünə,
Sanma ki, tufandır yoluna əsən,
Mənəm, gözlə sən,
Mənəm, gözləsən...

Redaktə etdi:_sabina_






