weher uwagi

weher uwagi özünü 😟 tənha hiss edir. Məşhurlar 28-06-2022, 08:13

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Əzizə Mustafazadə

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Əzizə Mustafazadə
Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızı – Əzizə Vaqif qızı Mustafazadə 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. Anası gürcü mənşəli müğənni Eliza Mustafazadədir.
Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Dekabrın 16-sı 1979-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında, Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edir.
Əzizə ilk albomunu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxarmışdır. Uzun fasilədən sonra 1 iyul 2020-ci ildə onuncu (sonuncu) – “Generations” albomunu təqdim etmişdir. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Əzizənin 5-ci albomunun adı, “Jazziza” (Cazziza), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır. Əzizə Mustafazadə, anası Eliza Mustafazadə ilə birlikdə Almaniyada yaşayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 446 438 404 412 471

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.