n2006

n2006 Xəbərlər 28-06-2022, 10:30

Qızıl cüzi bahalaşıb

Qızıl cüzi bahalaşıb
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qızıl cüzi bahalaşıb.

LoaDinG.Az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,13% və ya 2,4 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 827,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,05% artaraq 1 unsiyası 21,198 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin artmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 3,194%-dən 3,177% səviyyəsinə düşüb.

İnvestorlar “Böyük yeddilik” (G7) ölkələrinin Rusiyanın qızıldan əldə etdiyi büdcə gəlirlərini məhdudlaşdıracaqları ilə bağlı bəyanatından sonra hadisələrin necə cərəyan edəcəyini izləyirlər. ABŞ Prezidenti Cozef Bayden isə G7 ölkələrinin Rusiyadan qızıl idxalını qadağan edəcəklərini bəyan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 424 356 379 355 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.