weher uwagi

weher uwagi özünü ☺️ nostaljik hiss edir. Məşhurlar 29-06-2022, 09:30

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - İmamyar Həsənov

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - İmamyar Həsənov
Mahir kamança ifaçısı və müəllimi – İmamyar Fikrət oğlu Həsənov, 1975-ci ildə Bakıda Mərdəkan qəsəbəsində musiqiçi ailəsində anadan olub. Atası Fikrət Həsənovun musiqiyə olan sevgisi bacısı Qəməri, qardaşı Rüfəti və İmamyar Həsənovu musiqiyə gətirib. Mərdəkan qəsəbəsində yerləşən – birinci sinifdən səkkizinci sinfə qədər Hacı Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə təhsil alıb. Habelə Mərdəkanda yerləşən 17 saylı musiqi məktəbinin kamança sinfində, daha sonra 1990-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecində təhsilini davam etdirib. O, burada Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustadlarından dərs alıb. 1995-2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abasəliyevin sinfində təhsilini davam etdirib. Həsənov 2000-ci ildə Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra ABŞ-a köçüb. Hal-hazırda ABŞ-ın San-Fransisko şəhərində yaşayır.

İ.Həsənov Amerikanın tanınmış universitetlərində ustad dərsləri keçir və konsertlər verir. Azərbaycan musiqisini və kamança alətini təbliğ edən Həsənov Stanford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun universitetlərində və San-Fransiskodakı orta məktəblərdə bu işlə məşğuldu. ABŞ-dan əlavə, bir çox ölkələrdə, o cümlədən Türkiyədə, Yunanıstanda, İranda, İsraildə Azərbaycan xalq mahnılarını (“Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”, “Laçın”, “Sarı Gəlin” və s.) və bəstəkar mahnılarını (S.Rüstəmovun “Getmə-getmə”, T.Quliyevin “İlk bahar”, F.Əmirovun “Gözəlim sənsən” və s.) ustalıqla tanıtmışdır.

Həmçinin İsrailin cənub regionunda yerləşən Şaharut qəsəbəsində "Laçın" adlı xalq mahnımız, ANNA RF qrupu ilə birlikdə İmamyar Həsənov tərəfindən kamançada səsləndirilmişdir. İmamyar Həsənovun mərhum xalq artisti Çingiz Sadığov (1929-2017) ilə bir neçə mükəmməl səsyazmaları var. Belə ki 2015-ci ilin Sentyabr ayında hər iki sənətkara məxsus "Sonsuz Məhəbbətim" adlı albomla yanaşı, 2006-cı ildə "Undiscovered Treasure Kamancha of Azerbaijan", 2008-cı ildə "Hayran" və "Shams", 2011-ci ildə "Sound of My Soul" və "Passage to Dawn", 2017-cı ildə "Then", 2018-cı ildə "Bozlak/Segah/Chargah" albomları da işıq üzü görmüşdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
484 504 512 570 481 532

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.