n2006

n2006 Mətbəx 1-07-2022, 15:00

Dadlı Və Faydalı Təzə Tərəvəz Salatı

Dadlı Və Faydalı Təzə Tərəvəz Salatı
Kələm və yaz tərəvəzləriylə hazırlanan salat, misilsiz bir vitamin mənbəyidir. LoaDinG.Az dadlı və faydalı təzə tərəvəz salatının reseptini təqdim edir.

Tərkibi:

1 ədəd kələm
300 qr pomidor
300 qr xiyar
150 qr bənövşəyi yerkökü
1 dəstə yaşıl soğan
1 dəstə şüyüd
3 xörək qaşığı bitki yağı
2 xöərk qaşığı limon suyu
zövqə görə duz
Hazırlanama qaydası:

Kələmi doğrayıb dərin bir qaba qoyun. Üzərinə duz və limon suyu əlavə edib əllə yüngül sıxıb kənarda saxlayın. Tərəvəzləri yuyun və yerkökünü təmizləyin. Yerkökünü nazik dilimləyin. Xiyarları 4 hissəyə kəsib nazik doğrayın. Yuyulub süzülmüş göyərtiləri də xırda doğrayın. Doğranan bütün tərəvəzləri kələmin üzərinə əlavə edin. Tərəvəzlərin üzərinə bitki yağı tökün və qarışdırın. Hazırladığınız salatı süfrəyə verə bilərsiniz.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 382 425 419 453 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.