n2006

n2006 Mətbəx 2-07-2022, 14:30

Bol Vitaminli Qulançar Qovurması

Bol Vitaminli Qulançar Qovurması
Qulançar (mərəcüyüd, quşqonmaz )”asparagin” adlı maddə ilə zəngindir. Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır. Kalsium və fosforla da zəngin olan qulançar sümüklərin sağlamlığını qoruyur. Bol vitaminlərlə dolu, faydalı qulançardan ləzzətli yemək hazırlayın. LoaDinG.Az qulançar qovurmasının reseptini təqdim edir.

Tərkibi:

2 dəstə qulançar
1 ədəd baş soğan
3 ədəd yumurta
kərə yağı
duz, istiot
zövqə görə zirinc
Hazırlanma qaydası:

Qazanda bir az su qaynadın. Qulançarı yuyub, aşağı sərt hissələrini tək- tək əlinizlə qırın. Qulançarları ortadan bölüb qaynayan suya atıb 4- 5 dəqiqə qaynadıb sudan çıxarın. Tavada kərə yağını əridin. Soğanı xırda doğrayıb yağda qızılı rəng olana qədər qovurun. Suda bişmiş qulançarları orta ölçüdə doğrayın. Qızardılmış soğanın üzərinə qulançar, duz ,istiot , zövqə görə zirinc əlavə edib qovurun. Yumurtaları bir qabda çırpıb tavada bişən qulançarların üzərinə əlavə edib bişirin. Bişən yeməyi süfrəyə verdikdə yanında sarımsaqlı qatıq verə bilərsiniz.



Qulançarın tərkibində asparagin maddəsi damarları genişləndirir və qan təzyiqini aşağı salır. Həmçinin qulançar ürək əzələsini stimullaşdırır ki, bu səbəbdən həkimlər onu ürək xəstəliklərindən əziyyət çəkən və infarkt keçirmiş insanlara yeməyi tövsiyə edirlər.

Qulançar görməyə müsbət təsir edir.

Fol turşusu ilə zəngin olan qulançar anemiya (qanazlığı) zamanı çox faydalıdır.

Qulançar şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır – qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
577 631 533 629 595 579

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.