n2006

n2006 Mətbəx 1-07-2022, 17:57

Dad Reseptorları Fəth Edən Bal-Kokos Tortu

Dad Reseptorları Fəth Edən Bal-Kokos Tortu
Bu tortu hazırlayıb və çayınızı, qəhvənizi süzüb hər dilimindən ləzzət alaraq nuş edə bilərsiniz. LoaDinG.Az dad reseptorlarını fəth edən bal-kokos tortunun reseptini təqdim edir.⠀

Korjlar üçün:

1 ədəd yumurta
75 qr şəkər tozu
60 qr bal
40 qr kərə yağı
0,5 çay qaşığı soda
175-200 qr un
Kokoslu krem üçün:

200 qr kokos südü
200 qr ağ şokolad
500 qr krem pendir
5 qr jelatin
Üzəri üçün zövqə görə giləmeyvə

Hazırlanma qaydası:

Korjları hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu, bal və kərə yağını qarışdırın. Zəif ocaqda şəkər tozu əriyənədən qarışdıraraq isidin. Üzərinə soda əlavə edib tez-tez qarışdırın. Kütlə ağaracaq və həcmi artacaq. Ocaqdan götürün və üzərinə unun çox hissəsini töküb taxta qaşıqla və ya spatulayla yaxşıca qarışdırın. Əgər unu az olarsa qalan unu da əlavə edib otaq temperaturunda 10 dəqiqə saxlayın. Daha sonra xəmiri bir neçə hissələrə bölün. Korjların qədəri istəkdən asılı olaraq 5-6 ədəd hazırlaya bilərsiniz. Yağlı kağız arasında və ya unlanmış dəzgah üzərində qalınlığı 0,3 sm diametri 16-18 sm olan korjlar yayın. Korjları çəngəllə deşin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 3-5 dəqiqə qızılırəng olanadək bişirin. Bişən korjları sobadan çıxaran kimi kənarlarını səliqəyə salın.

Kokoslu kremi hazırlamaq üçün jelatini ilıq suda həll edib kənarda saxlayın. Kokos südü və ağ şokoladı ocaqda şokolad əriyənədək qarışdırın. Üzərinə isladılmış jelatini də əlavə edib yaxşıca qarışdırın. Qarışığı 1 saatlıq soyuducuya yerləşdirin. Daha sonra mikserlə çırpın və üzərinə krem pendir əlavə edib çırpmağa davam edin. Zövqə görə kremə kokos da əlavə edə bilərsiniz. Kremi konditer torbasına tökün. Korjların ara qatlarına kremdən sıxaraq üst-üstə düzün. Tortu giləmeyvələrlə bəzəyib süfrəyə verə bilərsiniz.

Dad Reseptorları Fəth Edən Bal-Kokos Tortu





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 443 381 362 392 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.