n2006

n2006 Sağlamlıq 2-07-2022, 10:53

Düyü həlimi orqanizmi təmiləyir və arıqladır

Düyü həlimi orqanizmi təmiləyir və arıqladır
Düyü həlimi çox faydalı müalicəvi məhsuldur.

Düyü təbii absorbentdir. Bu o deməkdir ki, düyü özünə toksinlər, şlaklar və s. ziyanlı maddələri hopdurur və orqanizmdən çıxardır. Nəticədə bağırsaqlar təmizlənir, orqanizm cavanlaşır. Belə nəticələri əldə etmək üçün düyü həlimini həftədə ən azı 2-3 dəfə 1 stəkan olmaqla qəbul etmək lazımdır.

Düyü həlimi həmçinin arıqlamağa da kömək edir.

Düyü həlimi əla kosmetik vasitədir - üz dərisinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar, sağlam, cavan edir, məsamələri daraldır, piqment ləkələri daha görünməz edir. Belə nəticələri əldə etmək üçün düyü həlimini kosmetik maska kimi istifadə etmək lazımdır. Bunun üçün həlimdə pambıq parça isladın, sıxın və üz dərisinə qoyub 20 dəqiqə ərzində saxlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Düyü həlimini hazırlamaq üçün 1 l suya 2 xörək qaşığı yumru düyü tökün və 40 dəqiqə ərzində vam odda qarışdıra-qarışdıra qaynadın. Nəticədə düyü həll bişməli, selikli maye alınmalıdır. Daha sonra həlimi süzün və qəbul edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
407 452 394 352 376 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.