n2006

n2006 Mətbəx 3-07-2022, 10:00

Unsuz Qozlu Peçenye

Unsuz Qozlu Peçenye
Reseptində un olmayan inanılmaz dadlı peçenye hazırlaya bilərsiniz. LoaDinG.Az asan hazırlanan unsuz qozlu peçenyenin reseptini təqdim edir.

Tərkibi:

100 qr qoz ləpəsi (azca qovrulmuş və ya qovrulmamış)
1 ədəd yumurta ağı
1 çay qaşığı şəkər tozu
çimdiz duz
Hazırlanma qaydası:

Qoz ləpəsini blenderlə xırdalayın. Yumurta ağınının üzərinə çimdik duz səpib mikserlə 2-3 dəqiqə çırpın. Çırpılmış yumurta ağının üzərinə şəkər tozu və xırdalanmış qoz ləpəsi töküb qarışdırın. Soba sinisinə yağlı kağız sərin. Hazırladığınız kütlədən 1 çay qaşığı götürüb aralıqlarla siniyə düzün. Bu qaydayla bütün kütləni yağlı kağızın üzərinə düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 314 345 317 329 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.