n2006

n2006 Mətbəx 3-07-2022, 11:00

Kulinariya Sehri – Pulyar Omleti

Kulinariya Sehri – Pulyar Omleti
Pulyar omleti bir kulinariya sehridir. Bənzərsiz görünüşü ilə zərif bir buludu xatırladır. LoaDinG.Az yüngül, dadlı və hazırlanması asan olan Pulyar omletinin reseptini təqdim edir.

Tərkibi:

6 ədəd yumurta
30 qr süd
çimdik sarımsaq tozu
zövqə görə duz
qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası:

İlk öncə yumurtanın ağını sarısından ayırın. Yumurta sarısının üzərinə süd əlavə edib tel çırpıcıyla çırpın. Başqa bir qabda yumurta ağının üzərinə çimdik duz və sarımsaq tozu (zövqə görə) əlavə edib mikserlə yaxşıca çırpın. Tavanı yağlayın və südlü yumurta sarısı qarışığını töküb 20-30 saniyə bişirin. Daha sonra üzərinə ehtiyyatla yumurta ağı kütləsini yayıb spatulayla hamarlaşdırın. Tavanın qapağını örtüb 8-10 dəqiqə zəif ocaqda bişirin. Bişən omleti boşqaba qoyun və iki bərabər hissəyə kəsib yarıya qatlayın.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 491 494 429 507 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.