Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Hüseyn Rzazadə
Ağırlıqqaldırma üzrə ikiqat olimpiya çempionu və dörd dəfə dünya çempionu – Hüseyn Rzazadə 12 may 1978-ci ildə İranda, Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır (nailiyyətləri Ginnesin rekordlar kitabına salınmışdır). 1998-ci ildə Asiya oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Asiya çempionu və dünya çempionatının bürünc mükafatçısı oldu. 2000-ci ildə Sidney Olipmiya oyunlarında qızıl medal qazandı. 2002-ci ildə dünya çempionatının və Asiya oyunlarının qızıl medallarını qazanmışdır. 2003-cü ildə dünya və Asiya çempionu oldu. 2004-cü ildə Afina Olimpiya oyunlarında qızıl medal qazanmışdır. 2005-ci ildə yenə də dünya və Asiya çempionu oldu. 2006-cı ildə bir daha dünya çempionatı və Asiya oyunlarının qızıl medalları ilə qələbə əldə etmişdir.
2008-ci ildə əlindəki zədə üzündən və qan təzyiqi problemi ilə əlaqədar həkim onu növbəti Olimpiya oyunlarından daşındırdı və Hüseyn Rzazadə idman karyerasının başa çatması barədə məlumat verdi. İdmançı bir neçə dünya rekordlarına imza atıb. 2008-ci ilin sentyabrından İran ağırlıqqaldırma federasiyasının prezidentidir. 2013-cü ildə Tehran şəhər şurasından deputat seçilib. Məkkədə evlənmiş, Əbülfəzl adlı oğlu vardır.