n2006

n2006 Mətbəx 6-07-2022, 12:41

Ordubad Mətbəxinin Ballı Qayğanağı

Ordubad Mətbəxinin Ballı Qayğanağı
Naxçıvan mətbəxinin əvəzolunmaz yeməklərindən biri də ballı qayğanaqdır. LoaDinG.Az[/b][/u] Ordubad mətbəxinn ballı qayğanağın reseptini təqdim edir.

Tərkibi:

1 kq və ya 1,5 kq ərinmiş kərə yağı
12 ədəd yumurta
1 çay qaşığı un
1 çimdik duz
Şərbəti üçün:

3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu
1 stəkan su
Hazırlanma qaydası:

İlk öncə 12 ədəd yumurtanı ağaranadək çırpın. Üzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edib yenidən çırpın. Zəif ocaqda orta ölçülü qazanda ərinmiş yağı dağ olunmağa qoyun. Dağ olmuş yağın yarısını ayrıb başqa bir kiçik qazana tökün və isti qalması üçün ocağın üstünə qoyun. Əsas qazanda yağ dağ olduqda yumurtanı oxlovla qarışdıraraq üzərinə əlavə edin və üzərinə kiçik qazanda olan yağdan az-az əlavə edin. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Daha sonra onu tərs üzünə çevirərək proseduru təkrarlayın. Bişən qayğanağı qazandan götürüb boşqaba qoyun və soyudun. Şərbəti hazırlamaq üçün suyun üzərinə bal və ya şəkər tozu əlavə edin. Bir qazançada qatılaşanadək qaynadın və soyudun. Bişən və soyuyan qayğanağın üzərinə şərbət əlavə edin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 440 422 373 388 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.