n2006

n2006 Mətbəx 6-07-2022, 17:10

Nahara Xamalı Sousda Toyuq Qara Ciyəri

Nahara Xamalı Sousda Toyuq Qara Ciyəri
Nahara toyuq qaraciyərindən dadlı yemək hazırlaya bilərsiniz. Xamada bişən qara ciyər sözün əsl mənasında ağızda əriyir. LoaDinG.Az dadlı xamalı sousda qara ciyər yeməyinin reseptini təqdim edir.

Tərkibi:

500 qr toyuq qara ciyəri
200 qr xama
2 ədəd soğan
3 xörək qaşığı bitki yağı
1 budaq cəfəri
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

Toyuq qara ciyərini yuyub,suyunu süzün və doğrayın. Tavada 3 xörək qaşığı bitki yağını qızdırın. Soğanı nazik yarım halqa doğrayıb yağda 2-3 dəqiqə qovurun. Doğranmış ciyəri də əlavə edib 5-6 dəqiqə qarışdıraraq bişirin. Üzərinə 200 qr xamanı da əlavə edib zəif ocaqda 7-10 dəqiqə bişirin. Duz, istiot töküb qarışdırın və ocaqdan götürün. Xamalı qara ciyər yeməyi hazırdır. Yeməyi boşqaba töküb üzərinə doğranmış cəfəri səpib istədiyiniz qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 420 427 406 399 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.