n2006

n2006 Mətbəx 7-07-2022, 07:00

Unsuz, Yağsız Dadlı və Faydalı Səhər Yeməyi

Unsuz, Yağsız Dadlı və Faydalı Səhər Yeməyi
Böyükdən kiçiyə hər kəsin sevdiyi sırniklər bir qayda olaraq yağda qızardılır. Pəhrizdə olanlar, yağlı və qızartma yeməyənlər üçün bu variantı təklif edirik. LoaDinG.Az sobada dadlı və faydalı sırnik reseptini təqdim edir.

Tərkibi:

300 qr kəsmik
2 ədəd yumurta sarısı
zövqə görə vanil
1 ədəd banan
2 xörək qaşığı manna yarması
Hazırlanma qaydası:

Bir qabda kəsmiyi çəngəllə əzin. Üzərinə vanil, manna yarması və yumurta sarısı əlavə edib qarışdırın. Bananı da başqa bir qabda çəngəllə əzin və kəsmikli kütləyə əlavə edib yaxşıca qarışdırın. Kütlədən sırniklər hazırlayıb yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 480 359 403 425 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.