n2006

n2006 Mətbəx 7-07-2022, 12:00

Tox İnsanı Acdıran Ləzzət – Portağal Suyunda Balıq Steyk

Tox İnsanı Acdıran Ləzzət – Portağal Suyunda Balıq Steyk
Azərbaycan mətbəxində də önəmli yer tutan balıqdan ceşidli yeməklər hazırlanır. LoaDinG.Az portağal və limon şirəsində bişən balıq steykinin reseptini təqdim edir.

Tərkibi:

1 böyük dilim qılınc balığı ( və ya sümüyü az istənilən balıq növü)
1 ədəd portağal
1 ədəd limon
1 diş sarımsaq
duz, istiot
qızartmaq üçün kərə yağı
Hazırlanma qaydası:

İlk öncə balığa duz və istiot səpib hərtərəfli yayın. Portağal və limonu yaxşıca yuyub qabığını rəndədən keçirin. Daha sonra portağalın suyunu bir stəkana sıxın, limonun suyunu da başqa bir stəkana sıxıb kənara qoyun. Tavada kərə yağını əridin. Balığı tavaya qoyub qızardın. Tavada olan balıq filesinin üzərindən bıçaqla kəsiklər atın. Sarımsağı da xırda doğrayın. Rəndələnmiş limon, portağal qabığı və sarımsağı tavadaki yağa əlavə edin. Balığın bir tərəfi qızardıqda digər tərəfinin qızarması üçün çevirin. Sıxdığınız limon və portağal suyunu da tavaya əlavə edib balığı bişirin. Arabir qaşıqla tavadaki sousdan götürüb balığın üzərinə gəzdirin. Balıq bişib suyu azaldıqda boşqaba qoyub, şirəli sousunu da üzərinə gəzdirin və isti halda süfrəyə verin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 430 440 400 400 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.