Azer2

Azer2 İdman 11-07-2022, 10:49

Levandovski "Çelsi"yə keçə bilər

Levandovski "Çelsi"yə keçə bilər
"Bavariya"nın hücumçusu Robert Levandovski karyerasını "Çelsi"də davam etdirə bilər.

Legend.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. 33 yaşlı hücumçunun əsas planı "Barselona"da oynamaqdır. Lakin "Bavariya" Levandovskinin keçidi üçün "Barselona" ilə razılaşa bilməsə, polşalı oyunçunun alternativ seçimi "Çelsi" olacaq.

Kataloniya klubunun maliyyə durumunun qeyri-sabitliyi səbəbindən vəziyyət çətinləşir ki, bu da "Bavariya"nın transferə razı olmamasına gətirib çıxarır. Həmçinin bildirilir ki, “Çelsi” artıq futbolçu ilə maraqlandığını və istənilən vaxt müqaviləyə təklif etməyə hazır olduğunu bildirib. Londonlular Romelu Lukakunun gedişindən sonra hücum mərkəzini gücləndirmək istəyirlər.

Xatırladaq ki, bir müddət əvvəl Robert Levandovski Almaniya klubundakı müddətinin bitdiyini və komandadan ayrılmaq istədiyini bildirmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 371 338 388 384 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.