n2006

n2006 Gözəllik 12-07-2022, 17:50

Pis bədən qoxusunu yox edən təbii vasitələr

Pis bədən qoxusunu yox edən təbii vasitələr
Bəzən hətta yaxşı gigiyena pis bədən qoxusundan xilas etmir.Pis bədən qoxusu ilə mübarizədə müxtəlif dezodorant, antiperspirant, xüsusi ayaq spreyləri və s. vasitələr istifadə olunur. Lakin bir çox təbii vasitələr də bu işdə yaxşı kömək edir. Həmçinin bu vasitələr ucuz və tam ziyansızdır. Milli.Az saglamolun.az-a istinadən belə təbii vasitələri təqdim edir:1. Alma sirkəsiAlma sirkəsi dəriyə yaxşı antiseptik təsir edir. Bu əsl təbii dezodorantdır. Sirkəyə pambıq batırıb qollarınızın altına, ayaqlara çəkin və 10-15 dəqiqədən sonra yuyun.Həmçinin alma sirkəsi göbələk əleyhinə də təsir edir. Bir çox hallarda məhz göbələk pis ayaq qoxusuna səbəb olur.2. SodaDərini quru saxlayır, mikrobların və göbələklərin artmasının qarşısını alır.Adi talk ("prisipka") kimi dəriyə (ayaq pəncələrinə, ayaq barmaqları arasına, qoltuğaltı nahiyələrə) səpin.3. LimonLimon dilimlərini dəriyə sürtün, quruyanda su ilə yuyun.4. ÇayÇay büzücü maddələrlə zəngindir. Bu maddələr tərləməni azaldır. Artıq qalan çay dəmində pambıq disklərini isladın və problemli zonalara çəkin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 476 460 435 436 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.