n2006

n2006 Aforizm 12-07-2022, 19:52

Heç bir zəfərə çiçəkli yollarla gedilməz.

Heç bir zəfərə çiçəkli yollarla gedilməz.
Mənim ən ağıllı rəhbərim qəlbimdir. -Honore de Balzac

Ancaq başqaları üçün yaşanılan həyat, yaşamağa dəyər həyatdır.- Albert Eynşteyn

Ev doğulmaq və ölmək üçündür, həyat yollardadır. - Nazim Hikmət

Heç bir zəfərə çiçəkli yollarla gedilməz. - Jan de Lafonten

Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır. - Viktor Hüqo

Sevgi əvəzsiz bir hədiyyədir. O yeganə şeydir ki,onu hədiyyə etsəniz də, özünüzdə qala bilir.- Lev Tolstoy

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.- Demokrit

Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. - Jadi Picoult

Ən nəcib və şirin qisas bağışlamaqdır.- Pyer Büast

Vaxtı öldürmək ən bahalı əyləncədir. - Onore de Balzak

Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcəkdir. - İmam Şafii

Ordu torpaqları, kitab könülləri fəth edir. - Əbu Turxan

Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. - Demokrit

Anladım ki, ağaclar torpağa ağrı verdikcə böyüyürlər. - Yılmaz Ərdoğan

Təmiz vicdan böhtandan qorxmur. - Volter

Heç nə insan qədər yüksələ bilməz və heç nə insan qədər alçala bilməz. - Fransua de Laroşfuko

Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.- Bencamin Franklin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 522 573 590 479 585

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.