n2006

n2006 Sağlamlıq 13-07-2022, 15:57

Gecələr də yeyə bilərsiniz - Kökəltmir

Gecələr də yeyə bilərsiniz - Kökəltmir
İnsanlar gecələr tez həzm olunan yüngül proteinli qidalar, qoz-fındıq yeyə, həmçinin sakitləşdirici çaylar içə bilərlər.
LoaDinG.Az xəbər verir ki, bu barədə diyetoloq və qidalanma mütəxəssisi İrina Pisareva danışıb. O, bildirib ki, bu məhsullar köklüyə səbəb olmur.
"Gecələr tez həzm olunan qidalar, məsələn, yüngül zülalları yemək daha yaxşıdır. Bu, şəkərsiz yulaflı kəsmik ola bilər. Təbii qatıq, proteinli omlet və ya bərk qaynadılmış yumurta, qaynadılmış və ya bişmiş balıq növü axşam üçün zərərli deyil", - mütəxəssis Ura.ru-ya müsahibəsində bildirib.
Pisarevanın sözlərinə görə, bəzi məhsullar hətta yuxunu yaxşılaşdırmağa kömək edə bilər. Gecələr bir qədər badam və ya qoz-fındıq yemək artıq olmayacaq. Ekspert qeyd edib ki, tərkibində maqnezium var, bu, sakitləşməyə və yaxşı yatmağa kömək edəcək. Bundan əlavə, ekspert sinir sistemini normallaşdıran və insan orqanizmini yuxuya hazırlayan nanə və ya çobanyastığı ilə bitki çayları içməyi məsləhət görüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 340 358 333 348 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.