n2006

n2006 Sağlamlıq 16-07-2022, 12:27

Qırmızı soğan suyu xərçəngdən qoruyurmuş

Qırmızı soğan suyu xərçəngdən qoruyurmuş
İyindən xoşunuz gəlmədiyi üçün daima özünüzdən uzaq tutduğunuz soğan suyunun faydaları haqqında nə bilirisiniz?
Elmi araşdırmalar soğan suyunun orqanizmin müdafiə gücünü artırdığını, arterial təzyiqi aşağı sala bilmək qabiliyyətinə malik olduğunu sübut edib.
Bundan əlavə qırmızı soğanın suyu zəhərlənmə və stresslə bağlı olan mədə problemlərini aradan qaldırır, qurdqovucu təsir edir.
Laborator araşdırmalar düzənli şəkildə soğan suyu içən adamların gözlərində katarakt xəstəliyi riskininin çox az olduğunu təsdiqləmişdir.
2011-ci ildə "Qastroenteroloji" jurnalında yayımlanan məqalədə düzənli olaraq qırmızı soğan yeyən adamlarda xərçəng riskinin aşağı olduğu barədə məqalə yazılmışdır.
Bitkiləri araşdırmaqla məşğul olan mütəxəssislər qırmızı soğanın suyunda orqanizmin hüceyrələrini yeniləşdirmək qabiliyyəti olduğunu sübut etmişlər.
32 ölkədə aparılan araşdırmalar qırmızı soğanın prostat vəzi xərçənginə faydalı olduğunu meydana çıxarmışdır. Belə ki, yeməklərdə bol soğan istifadə edən ölkələrdə prostat vəzi xərçəngi riski az olduğu mütəxəssislər tərəfindən sübutunu tapmışdır. Məsələn, Honq Konq, Türkiyə və İranda prostat xərcəngindən əziyyət çəkən kişilərin sayının İngiltərədə prostat xərçəngindən əziyyət çəkənlərə nisbətən 5 dəfə az olduğu öz sübutunu tapmışdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 324 362 337 388 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.