Babilin asma bağları
Babilin Asma Bağları, Babilin ən böyük padşahı II. Navuxodonosor (e.ə. 605-562) tərəfindən tikilmiş Yeni Babil imperiyasının paytaxtını gözəlləşdirən əfsanəvi bağlardır. Qədim Dünyanın Yeddi Möcüzəsindən biridir və varlığı tarixçilər arasında mübahisəli olan yeganə tikilidir deyə bilərik.
Bəzi alimlər bağların Babildə deyil, Aşşur İmperiyasının paytaxtı Ninevada olduğunu iddia etsələr də, digərləri qədim müəlliflərə sadiq qalaraq arxeologiyanın mütləq sübut təqdim edəcəyini gözləyirlər. Bir digərləri isə bağların qədim təxəyyülün məhsulu olduğuna inanırlar. Babil arxeologiyası və qədim Babil mətnləri bu mövzuda sussa da, antik yazıçılar bağları sanki Navuxodonosorun paytaxtında olan və hələ Ellinizm dövründə mövcud olan kimi təsvir edirlər. Siyahıda daha çox tanış olan yunan elementləri ilə müqayisədə bağların ekzotik təbiəti və onların yeri və yoxa çıxması ilə bağlı sirr Babilin Asma Bağlarını Yeddi Möcüzənin ən füsunkarına çevirə bilmişdir.