n2006

n2006 özünü 😔 qəmli hiss edir. Şeirlər 27-07-2022, 09:00

·٠•Ölüm•٠·

·٠•Ölüm•٠·
Bəlkə mən ölümə sarı yönəlim.?
Ya özüm özümü eliyim edam,
Yada ki gözlüyüm gəlsin əcəlim,
Bir yollug canımı alsın bir axsam....

Son qoyum ömürlük dərdə,qubara.
Sonrada hər şeydən qutarsın canım...
Qoyulum kəfənə,girim məzara,
Gedim cəhənnəmdə doyunca yanım...

Ruhumda dayanar mənnən kənarda.
Yorulub nə qədər zarə mən gəlim.?
Yumum gözlərimi soyug məzarda,
Gedim qırxımacan biraz dincəlim...

Ömür yollarında gözəlim hətda,
Sən öyrəncəlisən getməyə mənsiz.
Nədir ki mənimçün ölməy heyatda.?
Hər günüm ölümdü onsuzda sənsiz.

Bu canım əzabdan saraldı soldu...
Sən əzab verməklə dəyərin olmaz...
4 bəndi oxudun gözlərin doldu.?
Qorxdun ki ölərəm xəbərin olmaz...?

Ölməyi qalmagı gözüm seçirsə,
Beynimdə dolanar bir neçə sual.
Fikrinnən halallıg almag keçirsə,
Mən sənə etmirəm haqqımı halal...

Yoruldum çəkməydən daha qəm kədər...
İnanma qəm dolu gözlərim gülsün...
Səninçün yaşadım bu günə qədər...
Hər nə etmişəmsə gözünnən gəlsin...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 420 439 407 343 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.