Cavansan, uşaq, ailə istəyirsən. Sənin uşaq arzulamağa haqqın varmı ❓

Sən özünün ağıl mülkünün sultanı, fəzilət sahibi olduğuna əminsənmi ? Yoxsa səni dilləndirən adicə heyvani təlabatdır ya tənhalıq ? Bəlkə özündən narazılıq ?

Kəbin, ailə deyəndə mən özündən daha kamil bir məxluq yaratmaq naminə qovuşmaq istəyini başa düşürəm. Mən bu istək sahiblərinin bir-birinə qarşılıqlı ehtiramına ailə deyirəm. Amma çoxlarının ailə adlandırdığı bu lüzumsuz şey...ah, heç bilmirəm buna nə ad verim...

Ah, miskin ruhların cütləşmə təlabatı ! Ah, ruhun bu iyrənc cütləşmə ehtirası ! Ah, bu mənfur cütləşmə yanğısı !
Onlar bütün bunları ailə adlandırır,
üstəlik deyirlər ki, kəbinlərini göydə mələklər kəsib. Elə isə mən bu çirkab toxumu səpən səmaya lənətlər deyirəm. Belə şeyə ailə deyib məni güldürməyin ! Bəxtinə belə valideyn düşən hansı uşağın acı gözyaşı tökməyə haqqı çatmır ❓

F.Nitsşe "Zərdüşt belə deyirdi"📚

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
336 347 406 334 321 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.